Home Gündəm Hikmət Çətin: Sülh müqaviləsi regiona iqtisadi inkişaf və rifah gətirəcək

Hikmət Çətin: Sülh müqaviləsi regiona iqtisadi inkişaf və rifah gətirəcək

233
0
SHARE

Ermənistan hələ ki atəşkəs prinsiplərinə riayət etmir. Laçın dəhlizi açıqdır və fəaliyyət göstərir. Lakin Zəngilan dəhlizi hələ də açılmayıb. Bu proses üzərində çalışmaq və keçirilən görüşlərin qərarlarını yerinə yetirmək vacibdir. Sülh müqaviləsi regiona iqtisadi inkişaf və rifah gətirəcək.

TAN.AZ xəbər verir ki, bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” mövzusunda panel iclasda çıxış edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin söyləyib.

O, Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması prosesində iştirakından danışıb, ölkəsinin bu münaqişənin həlli üçün göstərdiyi səylərdən bəhs edib. Hikmət Çətin Türkiyənin Azərbaycanın torpaqlarının işğalından sonra Ermənistan ilə sərhədləri bağladığını vurğulayıb.

Türkiyənin sabiq xarici işlər naziri otuz il sonra Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və bölgədəki vəziyyətin normallaşdırılması prosesindən danışıb. O, Qafqaz regionunda sabitliyin təmin edilməsinin bölgədə davamlı inkişaf yaradacağını vurğulayıb.