“Zəngilanın Ağalı kəndinin sakinləri tezliklə öz evlərinə qayıdacaqlar”.
TAN.AZ xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter“ hesabındakı paylaşımında qeyd edib.
“Tezliklə Qarabağdan və digər yerlərdən qaçmağa məcbur edilmiş bir çox ailə 30 il sonra ilk dəfə Ağalıdakı evlərinə qayıda biləcəklər. Bu, işğal zamanı evlərini itirənlər üçün önəmli andır və məhəllələrin yenidən inşasında birinci addımdır”, – Leyla Abdullayeva qeyd edib.