“Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik müddətinin uzadılması Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana inamın növbəti təzahürüdür”.
TAN.AZ xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Türk Dövlətlərinin Parlament Assambleyasının (Türk PA) Baş katibi Mehmet Süreyya Er bildirib.
O qeyd edib ki, dünyada sülhə və əməkdaşlığa nail olunmasında parlamentlərarası əlaqələr və parlament təşkilatları mühüm rol oynayırlar: “Türk PA-nın fəaliyyətində model qanunvericiliyi xüsusi qeyd etmək istəyərdim. Parlamentlərarası əməkdaşlıq ortaq hədəflərə nail olmaqda mühüm əhəmiyyət kəsb edir. Türk PA digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə gələcək fəaliyyətində uğurlar diləyirəm”.