Home Energetika Səfir: “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Türkiyəyə dəstək olur”

Səfir: “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Türkiyəyə dəstək olur”

170
0
SHARE

“Türkiyə və Azərbaycan yerləşdikləri coğrafiyaya baxmayaraq, hadisələrin xaricində qalaraq strateji siyasət həyata keçirir”.

TAN.AZ xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu” haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında deyib.

Səfir qeyd edib ki, Türkiyə və Azərbaycan Şərqlə Qərbin ortasında yerləşən iki qardaş və hər mənada ikitərəfli münasibətləri inkişaf etdirən ölkələrdir: “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Türkiyəyə dəstək olur. Azərbaycan qaz xətlərini Türkiyə üzərindən keçirərək Avropaya çatdırılma edir. Azərbaycanın qaz ixracatı Avropanın tam qazla təchiz edə bilməz. Amma Azərbaycanın qazının Türkiyədən keçən xətlərlə Avropaya çatdırılması Rusiyanın Avropaya təhdidinin qarşısını hələ ki alır. Amma bu sonsuza qədər davam edə bilməz. Azərbaycanla Türkiyə bu münasibətlərini 3-cü ölkələrlə də inkişaf etdirmək niyyətindədir”.