Prezident İlham Əliyev bu yaxınlarda Qaraqalpaqstanda baş vermiş hadisələrlə bağlı Özbəkistan Prezidentinə bir daha öz dəstəyini ifadə edib.
TAN.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin iyulun 24-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı zamanı bildirilib.
Qeyd edilib ki, dövlətimizin başçısı Azərbaycanın həmişə olduğu kimi, Özbəkistanın yanında olduğunu bildirib.
Öz növbəsində Şavkat Mirziyoyev bu dəstəyə görə təşəkkürünü ifadə edib.