19-24 iyul 2022-ci il tarixlərində Almaniyanın Frankfurt şəhərində Beynəlxalq STEM OIimpiadasının Grand Finalı keçirilib.
Olimpiadada Azərbaycanın istedadlı gənci, 10-ci sinif şagirdi Heydər Mirhəşimli Elm (Science) üzrə , 9-11-ci sinif uşaqlar arasındа 1-ci yeri qazanıb.
Frankfurtda keçirilmiş olimpiadada elm, riyaziyyət və kodlaşma istiqamətlər üzrə iştirak etmiş ölkələr arasında ən çox medala Azərbaycanı təmsil edən komanda layiq görülüb.
Onunla birgə gedən digər komanda yoldaşları da riyaziyyat, təbiət elmləri kateqoriyasından gümüş və bürünc medalllara layiq görülüblər.
Azərbaycan elminin gələcəyi və parlaq ulduzları olan şagirdlərimizi təbrik edirik…