Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
TAN.AZ xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərə açıqlamasında deyib.
“Xalqlarımızın xeyri üçün Aİ və Azərbaycan müxtəlif sahələrdə birgə işləyir. Gənclər üçün vacib olan təhsil sahəsində və digər sahələrdə vacib əməkdaşlığımız var.
Azərbaycan və Aİ güclü tərəfdaşlıq qurur. Əlaqələrimiz intensiv şəkildə inkişaf edir. Ötən həftə Aİ-dən yüksək səviyyəli səfər baş tutdu, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Bakıya səfər etdi və burada tərəflər arasında enerji sahəsində strateji əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalandı. Bu səfər zamanı onu Aİ-nin enerji komissarı da müşayiət edirdi.
Eyni zamanda, Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası da baş tutdu. Biz belə dinamik dialoqun olmasına çox şadıq”, Aİ səfiri vurğulayıb.