Home Gündəm Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşündə Daşkənd Bəyannaməsi imzalanıb

Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşündə Daşkənd Bəyannaməsi imzalanıb

201
0
SHARE

Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin I üçtərəfli görüşünün yekununda Daşkənd Bəyannaməsi imzalanıb.

TAN.AZ xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Daşkənd Bəyannaməsi türk dünyasının rifahını artıracaq və münasibətləri gücləndirəcək, eyni zamanda, bu mexanizm çərçivəsində konkret layihələr ərsəyə gələcək.

***

11:26

Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan Respublikası xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilir.

TAN.AZ xəbər verir ki, bu barədə Özbəkistan XİN məlumat yayıb.

Üçtərəfli görüşdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təmsil edir.