Home Gündəm Azərbaycanın hərbi qulluqçuları Türkiyədə keçirilən təlimdə iştirak ediblər

Azərbaycanın hərbi qulluqçuları Türkiyədə keçirilən təlimdə iştirak ediblər

245
0
SHARE

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, “Qardaş Briqada” layihəsi çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyədə keçirilən təlimdə iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlim müddətinin başa çatması ilə əlaqədar Türkiyə Silahlı Qüvvələrinin Ordu Korpusunun komandiri general-leytenant Rasim Yaldız və digər yüksəkrütbəli zabitlərin iştirakı ilə mərasim keçirilib.

Mərasimdə çıxış edən general-leytenant R.Yaldız “Qardaş Briqada” layihəsi çərçivəsində hərbi qulluqçularımızın nümunəvi xidmət etdiyini vurğulayaraq təlim zamanı qazanılan bilik və təcrübələrin Azərbaycan Ordusunun daha da güclənməsi naminə tətbiq edəcəklərinə inandığını bildirib.