Serbiya Xarici İşlər Nazirliyi rəsmi tviter səhifəsində Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə paylaşım edib.
TAN.AZ xəbər verir ki, paylaşımda deyilir:
“Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü – əlamətdar yubiley münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Serbiya-Azərbaycan dostluğu xalqlarımız arasında qarşılıqlı inam və hörmətə əsaslanır”.