Rusiya Baş nazirinin müavini Aleksandr Novak Bakıda səfərdədir.
TAN.AZ xəbər verir ki, bu barədə Rusiya XİN-inin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. O, Novakın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı məsələləri ilə bağlı Rusiya-Azərbaycan-İran İşçi Qrupun iclasında iştirak etmək üçün Azərbaycan paytaxtına getdiyini söyləyib.