Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik ediləcək.
TAN.AZ xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyası çərçivəsində keçiriləcək ilk – 2022-ci il 20 sentyabr tarixli iclasının gündəliyinə daxil edilən məsələdə əksini tapıb.
İclasın gündəliyinə 3 məsələ daxil edilib, bunlar aşağıdakılardır:
1.Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işlər barədə Hesabat.
2.Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi.
3.“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi.