Home Cəmiyyət Vüqar Bayramov: “Mövqeləri düşmənin yanaşmasından heç nə ilə fərqlənmir”…

Vüqar Bayramov: “Mövqeləri düşmənin yanaşmasından heç nə ilə fərqlənmir”…

265
0
SHARE

Azərbaycan hər zaman Qafqazda sülhə dəstək verən ölkə olaraq region ölkələrinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanınması çərçivəsində qonşuluq siyasətinə üstünlük verir. Avqustun 31-də Brüsseldə baş tutan üçtərəfli görüşdən sonra Ermənistanın sentyabrın 13-dəki təxribatı qarşı tərəfin sülhə hazır olmadığını bir daha göstərdi. Təbii ki, Azərbaycan ordusu bu təxribatın qarşısını almalı idi və şanlı ordumuz düşmənin atəş nöqtələrini zərərsizləşdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz düşmən təxribatlarının qarşısını alaraq dövlət sərhəddimizdə vəziyyətə tamamilə nəzarətdə saxlayır.

Təəssüf ki, bəzi beynəlxalq qurumlar, hətta bir sıra dövlətlər Ermənistanın təxribatını Azərbaycanın təcəvüzü kimi qeyd edirlər. Öncə də qeyd etdiyimiz kimi, İkinci Qarabağ müharibəsi zamanı nəinki təmas xəttində, hətta döyüş bölgələrindən uzaqda yerləşən Gəncə, Bərdə kimi şəhərlərimizi raket atəşinə tutan Ermənistanı bir dəfə də olsun ittiham etməyənlər indi döyüşdə məhv edilən erməni hərbiçilərini “günahsız mülki sakinlər” kimi təqdim etməkdən belə çəkinmirlər. Ən çox təəssüf ki, doğuran məqamlardan biri də təbii ki, yalnız erməni lobbisinin təsiri altında olan qurumların deyil, bir sıra Azərbaycanlı “siyasətçilərin” də dövlətimizi hətta təcavüzkar kimi ölkə kimi təqdim etməyə cəhd göstərməsi və milli birliyə xələl salmağa çalışmasıdır. Belə fikirlər əslində Azərbaycanın haqq işinə kölgə salmaqla yanaşı ölkəmizlə istər açıq, istərsə də pərdə arxası mübarizə aparan bəzi dövlətləri hərəkətə gətirir.

Ermənistanın feyk xəbərlərinə istinad edərək ölkəmizə təzyiq etməyə çalışan dövlətlərin olduğu və milli maraqlarımızın qorunmasının böyük əhəmiyyət daşıdığı belə bir həssas zamanda məhz bu qüvvələrin Azərbaycanın istəməyənlərin yanında durması bir daha onların xəyanətkar niyyətlərini göstərir. Onların mövqeyi düşmənin yanaşmasından heç nə ilə fərqlənmir. Əksinə, öz siyasi maraqlarına bəzən daha “irəli” gedərək vətəndaşlarımız arasında ruh düşkünlüyü yaratmağa cəhd edirlər. Aydındır ki, bütün bunlar mənasız və uğursuz cəhdlərdir. Xalqımız Ali Baş Komandanına və öz ordusuna inanır. Məhz bu inam milli birliyimizi möhkəmləndirir və bizi zəfərlərə daşıyır.

Bütün qarayaxmalarına və düşmən ölkələrin dəyirmanlarına su tökmələrinə baxmayaraq 44 günlük Vətən Müharibəsində olduğu kimi xalqımız yenə də Ali Baş Komandanın ideyaları ətrafında sıx birləşib. Azərbaycanı ittiham edənlər unutmasınlar ki, ölkəmiz Ali Baş komandanın rəhbərliyi altında bütün strateji hədəflərə çatır və birlik bizi yeni-yeni zəfərlərə aparacaq.