Home Biznes və iqtisadiyyat xəbərləri Arzu Nağıyev: Layihə pensiyaçıların maddi vəziyyətinin yaxşılaşmasına səbəb olacaqdır…

Arzu Nağıyev: Layihə pensiyaçıların maddi vəziyyətinin yaxşılaşmasına səbəb olacaqdır…

274
0
SHARE

Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarında qeyd edilən tapşırıqların icrasını təmin etmək məqsədilə,  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna dəyişiklik layihəsi hazırlanmışdır.Layihə ilə əlaqədar Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi və nazirliyin rəhbərliyinin iştirakı ilə müzakirələr aparıldı. Komitə üzvləri öz təkliflərini irəli sürdülər və layihə plenar iclasa tövsiyyə olundu.

Layihə bu baxımdan 3 əsas ana istiqaməti özündə əks etdirir:

  1. maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi
  2. qulluq əlavəsi alan şəxslərin pensiyasının növbəti ilin 1 yanvarından indeksasiya metodu vasitəsilə artırılması
  3. əlavə alan şəxslərin pensiyasının topladıqları kapitala əsasən yenidən hesablanması  imkanının yaradılması.

Diqqətinizə çatdırım ki, Layihə ilə təklif edilən vahid indeksasiya metoduna keçid əsasən də xüsusi şərtlərlə pensiya alan şəxslərə münasibətdə müsbət nəticələrin əldə edilməsinə imkan verəcəkdir:

  • Xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına 2022-ci il üzrə ödənilən 10% maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra pensiya məbləğləri artacaqdır.

Məsələn: hərbçi kimi 1000 manat pensiyasına əlavə alan şəxsin pensiyası 01.01.2023-cü ildən 1100 manatdan hesablanaraq artırılacaqdır.

  • Vahid indeksasiya tətbiq edilərsə xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyaları hər il mütləq artacaqdır. İndeksasiya bütün məbləğə – həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək. Hazırda isə bu mexanizmlə artım yalnız ümumi əsaslarla pensiyalarda baş verir. Məsələn, indeksasiya faizi 14 faiz olarsa, 01.01.2023-cü ildən yuxarıda qeyd olunan hərbçinin 1100 manat pensiya məbləği 154 manat artaraq 1254 manat (1100 + 14%) təşkil edəcək.
  • Dövlət qulluqçusu, hərbi qulluqçu və s. şəxslər pensiya təyin edildikdən sonra 6 il və daha çox işlədikdə və ya işdən çıxdıqda topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq. Belə ki, hazırda bu şəxslərin pensiyalarının sığorta hissəsində artım olduqda həmin artım qədər qulluq əlavəsi azaldığından pensiyanın ümumi məbləği dəyişmir.

Bu da pensiyaçıların maddi vəziyyətinin yaxşılaşmasına səbəb olacaqdır…