Home Cəmiyyət Gədəbəydə şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin səviyyəsi nəzarətə götürülür…

Gədəbəydə şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin səviyyəsi nəzarətə götürülür…

110
0
SHARE
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədi ilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olmuşdur.
Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olmuş, təəssüflər olsun ki, məktəbdə nə direktor nə də müəllim olmamışdır. Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmamışdır. Acınacaqlı hal ondan ibarətdir ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonumuzla əlaqəsi olmayan şəxslərdir.
Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırmışdır.
Əziz valideyinlərimiz və dəyərli müəllimlərimiz uşaqlarımızın gələcəyinə biganə qalmamağınızı xahiş edirik.