Home Gündəm Azərbaycan Prezidenti: İnsanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik

Azərbaycan Prezidenti: İnsanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik

200
0
SHARE

Azərbaycan ermənilərin Ağdamda və digər Azərbaycan ərazilərində törətdiyi dağıntılara baxmayaraq, İkinci Qarabağ müharibəsindən sonra Ermənistana sülh təklif edib.

TAN.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

“Biz İkinci Qarabağ müharibəsinin başa çatmasından tez bir zaman sonra, Ağdamda bütün bu gördüklərinizə, istənilən şəxsin görə biləcəyi ermənilər tərəfindən törədilmiş 10 min kvadrat kilometr ərazidəki dağıntılara, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, Ermənistana sülh təklif etdik. Biz sülh sazişi üçün baza rolu oynayacaq beynəlxalq hüququn 5 əsas prinsipini ictimaiyyətə bəyan etdik, xüsusilə də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarının irəli sürülməsindən çəkinmək, güc tətbiqi və güc tətbiqi ilə təhdiddən çəkinmək, dövlət sərhədinin delimitasiyası və kommunikasiyaların açılması. Beləliklə bu, əslində beynəlxalq hüququn əsas prinsipləridir və sülh sazişi və ya əlaqələrini normallaşdırmağa çalışan ölkələr arasındakı istənilən saziş buna əsaslanmalıdır”, – dövlət başçısı vurğulayıb.