Home Cəmiyyət Arzu Nağıyev: Ölkədə yeni bir siyasi sistemin yaranması üçün islahatlar zəruridir…

Arzu Nağıyev: Ölkədə yeni bir siyasi sistemin yaranması üçün islahatlar zəruridir…

767
0
SHARE

   Bu gün  ölkəmizdə “Siyasi partiyalar haqqında” yeni qanunun işlənməsi zərurəti yaranmışdır. Çünki “Siyasi partiyalar haqqında” qanun Azərbaycanda 1992-ci ilin iyun ayında qəbul edilmişdir. Bu gün ölkədə yeni bir siyasi konfiqurasiya, siyasi sistem yaranıb. Məhz buna görə də Milli Məcilis tərəfindən lazımi addımların atılması zəruridir. Bildiyiniz kimi, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər və qanun layihəsinin ilkin variantı Milli Məcilisin saytında dərc olundu və ictimai müzakirəsi keçirildi.

Bundan başqa 24 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisində keçirilmiş “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı siyasi Partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirildi. Qeyd etmək yerinə düşərdi ki, çıxış edən siyasi partiya liderlərinin mövcud problemlərin, qarşıda duran məsələlərin həllini qabartdılar və buna da Milli Məclis tərəfindən şərait yaradıldı. Hamının qeyd etdiyi kimi qanun layihəsi hazırlanarkən bütün beynəlxalq konvensiyalar, Venesiya Komissiyasının tövsiyələri, o cümlədən 20-dən artıq ölkənin təcrübəsi nəzərə alınıb. Siyasi partiyalar haqqında yeni qanun layihəsinin qəbul edilməsi mühüm məsələdir. Bu da Azərbaycanın siyasi həyatında məhz siyasi partiyaların öz yerini tutması, öz yerinin olması məsələsi mütləq şəkildə qanunla tənzimlənməlidir. Qəbul ediləcək bu qanun çox mühüm bir sənəddir, həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaqdır.Bunu öz çıxışlarında Siyasi Partiya rəhbərləri və nümayəndələri də bir daha qeyd etdi və bu cür dinləmələrin keçirilməsini mühüm hesab etdiklərini bildirdilər…