Home Gündəm Azərbaycan və İran XİN rəhbərləri son hadisələri müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri son hadisələri müzakirə edib

131
0
SHARE

30 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.