Bir neçə gündən sonra Azərbaycan xalqı tarixinin ən möhtəşəm bir bayramını böyük coşqu və sevinclə qeyd edəcəkdir. Sevinci və həyacanı bitməyən bu bayram nəinki xalqımız və türk dünyası üçün, eyni zamanda bütövlükdə islam aləmi üçün müqəddəs bir bayramdır. Bu həm də tariximizə Milli Ləyaqət, qürur və şərəf kimi də yazılacaqdır. Çünki, islam mədəniyyətində Vətəni sevmək imandandır deyirlər. Bizim mədəniyyətimizdə Vətən sevgisi çox vaxt Ana sevgisindən daha uca dayanır. Bugünədək islam alimləri Şəhidlik zirvəsinə ucalanların simasında hansı sevginin daha ucada olmasını təhlil edərkən Vətən sevgisinin elə Ana sevgisi olduğunu və əksinə Ana sevgisinin isə Vətən sevgisi olduğu anlamının düşüncəsi üzərində dayanırlar. Mən də bu fikrin üzərində dayanıram. Doğularkan ilk mənzili Ana qucağına sığınan insan, son mənzilə gedərkən Vətən torpaöına sığınır. Elə bu səbədən də islam mədəniyyətində bu iki söz “Ana Vətən” və ya “Ana Torpaq” kimi bir-birini tamamlayan ikincisi yoxdur.
Bu mənada şanlı tariximizə qızıl hərflərlə yazılmış 27 Sentyabr qəhrəmanlıq zirvəsinə gedən yol kimi yazılmışdır. Və ya 44 rəqəmi Qəhrəman və məğrur xalqlar üçün Zəfərə qovuşmağın etalonudur.
Bəli, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsidir, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Tarixin bir çağının yeni bir çağ ilə əvəzolunmasıdır. Qeyrət, namus, şərəf və milli təssübkeşlik uğrunda başlamış bu savaş “Qisas Qiyamata qalmaz” uğrunda olan bir savaş idi. Bu savaşda Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Güclü sərkərdəsi olan əsgər yenilməz deyərlər. Elə də oldu. Bütün dünyanın əlli ən böyük ordulardan biri olan Azərbaycan Ordusu, yenilməz Ali Baş Komandanı ilə dünyanın gündəmi oldu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə olmadı, O, həm də, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya savaşında Azərbaycanın hayqıran haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə və təhdidlərə sinə gərdi, mövqeyindən dönmədi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev əzmkarlığı və dəyişməz siyasi iradəsi ilə, ölkəyə rəhbərlik etdiyi 17 ildə həyata keçirdiyi siyasətlə Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Əslində isə bu münaqişə , azərbaycanlılara və türklərə qarşı planlaşdırılmış üç yüz illik projenin darmadağın edilməsi idi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.
“Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi.
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev heç vaxt unudulmayacaq xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.
Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi.Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.
30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!
8 noyabr 2020-ci il – Qarabağa qovuşduğumuz tarix…
8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi.
Ərazi bütövlüyümüz təmin olundu – Heç bir statusdan söhbət gedə bilməz
Bəyanatda digər önəmli məqam ondan ibrətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutudur. 8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı görkəmli tarix, 28 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır” deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində digər dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur oldular.
“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.
Ölkə Prezidentimiz möhtətəm cənab İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”,-deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi olur.
Artıq iki ildir ki, Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Şücaətli Milli Ordumuzun və Rəşadətli əsgər və zabitlərimizin qəhrəmsnlığıdır.
Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.Qarabağ Azərbaycandır!
Şərəf və Ləyaqət rəmzi olan 44 günlük qəhrəmanlıq savaşımız Azərbaycan xalqı var olduqca, daima qürur mənbəyimiz qalacaq! Allah Əziz Şəhidlərimizə rəhmət olsun.
Yaşasın Azərbaycan Xalqı!
Yaşasın Müzəffər Ali Baş Kamandanımız!
Yaşasın Qəhrəman Milli Ordumuz!