Home Gündəm Milli Məclisin deputatları ATƏT PA-nın payız sessiyasında iştirak edəcəklər

Milli Məclisin deputatları ATƏT PA-nın payız sessiyasında iştirak edəcəklər

120
0
SHARE

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, deputatlar Tural Gəncəliyev, Əminə Ağazadə və Nizami Səfərov ATƏT PA-nın payız sessiyasında iştirak etmək üçün noyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərinə səfər edəcəklər.

TAN.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sessiyada hərbi münaqişələrin ATƏT regionuna təsirləri, humanitar fəlakət şəraitində əsas insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsələlər müzakirə olunacaq.

Sessiya zamanı deputatlarımız Azərbaycanla Ermənistan arasındakı münasibətlərin cari durumu haqqında çıxışlar edəcək və ölkəmizin maraqlarına aid məsələləri diqqətə çatdıracaqlar.

Noyabrın 26-da isə ATƏT PA Bürosunun iclası keçiriləcək. İclasda ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri Azay Quliyev iştirak edəcək.

Səfər noyabrın 27-də başa çatacaq.