Home Gündəm “Siyasi partiyalar haqqında” qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib

“Siyasi partiyalar haqqında” qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib

16
0
SHARE

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirilib.

TAN.AZ-ın xəbərinə görə, birgə iclasda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

İclasda komitələrin üzvləri, parlamentdə təmsil olunan partiyaların nümayəndələri iştirak ediblər.

Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.