Home Gündəm Arzu Nağıyev: “Layihədə partiyaların istəkləri nəzərə alınıb”

Arzu Nağıyev: “Layihədə partiyaların istəkləri nəzərə alınıb”

31
0
SHARE

Milli Məclisdə keçirilən ictimai dinləmədə 50 dən çox siyasi partiyanın ,bütün vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, digər qurumların, demək olar, bütün orqanların rəyi alınaraq qanun layihəsi təkmilləşdiriləşdirildi,müvafiq əlavələr edildi.”
Bunu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi haqqında fikrilərini bölüşən millət vəkili Arzu Nağıyev öz açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə sözügedən qanun layihəsi hazırlanarkən bütün beynəlxalq konvensiyalar nəzərə alınıb. Bir müddət əvvəl ilk dinləmələr keçiriləndə qeyd etdik ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun yenidən işlənməsi zəruridir. Çünki mövcud qanun 1992-ci ildə qəbul edilib. Bu gün ölkədə yeni bir siyasi konfiqurasiya yaranıb. Məhz buna görə Milli Məclis tərəfindən lazımi addımların atıldı və layihə artıq plenar iclasa tövsiyyə olunur. Bu baxımdan, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri və bitərəf millət vəkilləri də yeni qanun layihəsi haqqında bir daha öz fikirlərini bildirmək imkanı qazandılar.Artıq bir neçə ay əvvəl,daha doğrusu iyul ayının 26-da Milli Məclis prosesin başlanması ilə bağlı mediaya açıqlama vermişdir. Qeyd etmək lazımdır ki, Milli Məclisin plenar iclasına, eyni zamanda, komitələrin iclaslarına çıxarılmazdan əvvəl parlamentin saytında yerləşdirildi və sentyabrın 28-də həmin qanun layihəsinin ilk ictimai dinləməsinin keçirildi . İyulun 26-da layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün qeydiyyatdan keçən bütün siyasi partiyalara müraciət olundu 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim etdi
Milli Məclisdə bu layihə hazırlanarkən bütün beynəlxalq konvensiyalar, eyni zamanda, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə istər 2010, istər 2020-ci ildə qəbul edilən tövsiyələri və 20-dən çox ölkənin təcrübəsi nəzərə alınıb.
İlkin ictimai dinləmədə bütün vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, digər qurumların, demək olar, bütün orqanların rəyi alınaraq qanun layihəsi təkmilləşdirildi. Buna görə də düşünürəm ki, bu, zəruri məsələdir. Çünki layihənin qəbul edilməsilə Azərbaycanın siyasi həyatında siyasi partiyaların öz yerini tutması qanunla tənzimlənəcək”.