Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirildi.
İlk olaraq qeyd etmək lazımdır ki, qanun layihəsi çox professional şəkildə hazırlanması üçün lazımi addımlar atılıb və bu müzakirələrdə siyasi partiyalar və QHT-lər fəal iştirak ediblər. Bildiyimiz kimi dövlətimiz tərəfindən siyasi partiyalara münasibət yüksək səviyyədədir. Xüsusən siyasi partiyalardan gələn təkliflər, QHT-lərin bu prosesdə iştirakı, onların təklifləri əsasında qanun layihəsinə edilən korreksiya həm qarşılıqlı əməkdaşlığın həm də konstruktiv təkliflərə Milli Məclisin açıq olmasının nümunəsidir. Elə buna görə də müəyyən müddəalara yenidən baxıldı. 20 il ölkədə yaşamaq tələbi ləğv edildi, üzvlərin sayı ilə bağlı tələb iki dəfə azaldıldı. Müzakirələrin əsas üstünlüyü əməkdaşlığın üst səviyyəyə çatdırılması, ortaya partiyaların istəklərini nəzərə alaraq ümumi layihənin hazırlanmasıdır. Yenilənmiş variantda ictimai müzakirələr zamanı irəli sürülmüş təkliflər nəzərə alınıb. Qanun Azərbaycanda siyasi mədəniyyətinin inkişafına xidmət edir, həmçinin insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayacaq.
Qeyd edim ki, Azərbaycanda 58 siyasi partiya fəaliyyət göstərir, bu da öz növbəsində siyasi azadlığın, partiya fəaliyyətinin ölkədə aparılmasında münbit şəraitin olmasından xəbər verir.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı