Home Cəmiyyət Vüqar Bayramov: “Siyasi partiyalar haqqında” qanun layihəsinin geniş müzakirəsi demokratik ənənədən xəbər...

Vüqar Bayramov: “Siyasi partiyalar haqqında” qanun layihəsinin geniş müzakirəsi demokratik ənənədən xəbər verir…

27
0
SHARE
Vüqar Bayramov

“Siyasi partiyalar haqqında” qanuna layihəsi ilə bağlı müzakirələr davam edir. Dünən Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında layihənin yenidən müzakirəsi və sənədlər bağlı fərqli siyasi qurumların təkliflərinin qəbul edilməsi demokratik ənənədən xəbər verir. Məhz təkliflər əsasında sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib. Kifayət qədər çoxlu sayda dəyişikliyin edilməsi qanun layihəsinin daha da təkmilləşdirilməsi ilə bağlı mövqeni bir daha nümayiş etdirir.

Bu isə o deməkdir ki, qanun layihəsi hazırda reallaşan islahatlar kontekstində yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaq. Digər tərəfdən, qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər nəzərə alınıb, beynəlxalq təcrübəyə istinad edilib ki, bu da layihənin əhəmiyyətini göstərən əsas faktorlardan hesab olunur.

Siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlərin sənəddə öz əksini tapması da bir daha təsdiq edir ki, yeni layihə siyasi mühitdə islahatların davam etdirilməsinə təkan verəcək. Bu qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, o cümlədən birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə imkan yaradır.