Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.
TAN.AZ xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyi təsis ediləcək.