Home Gündəm Fransa Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə yararsız kağız parçasıdır...

Fransa Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə yararsız kağız parçasıdır – Deputat

63
0
SHARE

Noyabrın 30-da Fransa parlamentinin aşağı palatası (Milli Assambleya) Azərbaycana qarşı əsassız, yalanlarla dolu qətnamə qəbul edib. Noyabrın 15-də Fransa Senatı da ölkəmizə qarşı belə qərəzli qətnamə qəbul etmişdi.

Fransanın Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi, terrorçu Ermənistanı dəstəkləməsi, reallıqları qəbul etməməsi, beynəlxalq hüquqa məhəl qoymaması Fransanın erməni lobbisinin təsiri altında olduğundan və eyni zamanda “böyük bacı”nın “balaca bacı”nı bütün hallarda müdafiə etmək niyyətindən əl çəkmək fikrində olmadığından xəbər verir.

44 günlük vətən müharibəsində də Fransa mənfur əməllərindən əl çəkmirdi. Ermənistanın beynəlxalq hüququ pozmasına, sivil insanları hədəf almasına, müharibə cinayətləri və terror aktları həyata keçirməsinə baxmayaraq bu dövləti dəstəkləyirdi. Buda onu deməyə əsas verir ki, Fransa əslində özünü bütün dünyaya “demokratiya” nümunəsi kimi təqdim etsə də, reallıqda bu belə deyil. Çünki, terrorçu dövlətə dəstək verən dövlət özü terrorun bir parçasına çevrilir.

Müharibə bitdikdən və sülh danışıqları başlandıqdan sonra da Fransa dövləti və prezident Makron yenə də Azərbaycan-Ermənistan münasibətlərinin gərginləşməsi üçün dəridən-qabıqdan çıxmağa başladı. Bütün dünya Ermənistanın terrorçu mahiyyətini bu qondarma dövlət yarandığı gündən bilir, eşidir və görür. Fransa da beynəlxalq hüququ ayaqlar altına atmaqla, qeyri-obyektiv mövqe nümayiş etdirməklə və terroru dəstəkləməklə bütün dünyaya çoxüzlü Fransanın əsl mahiyyətini göstərdi və göstərməkdə davam edir.

Fransa Senatında və Milli Assambleyada qəbul edilən qətnamələri biz qətiyyətlə rədd edir, onların Azərbaycana qarşı yürütdükləri mənfur qarayaxma kompaniyasını pisləyirik. Fransaya səslənərək bildirmək istəyirəm ki, Azərbaycan öz haqq işini heç bir təsirə mahiyyət vermədən davam etdirəcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Qarabağ və orada yaşayan ermənilər haqqında veriləcək qərar Azərbaycanın daxili məsələsidir. Odur ki, Fransa həm bu məsələlərdə həm də digər məsələlərdə öz “böyük bacılıq” missiyasını Azərbaycana diqtə edə bilməz. Bunu heç kəs unutmasın!

İlham Məmmədov,
Milli Məclisin deputatı