Estoniya Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması qəbuledilməzdir.
TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tviterdəki paylaşımında bildirilib.
Paylaşımda qeyd olunub: “İnsanların əzab çəkmələrinə dair iddialardan qeyri-qanuni iqtisadi fəaliyyətləri ört-basdır etmək və qanunsuz hərəkətlərə qarşı fəaliyyətin qarşısını almaq üçün istifadə etmək, görünür, yeni tendensiyadır. “Blokada şəraitində” avtomobillər keçirsə, yol necə bağlanmış olur?”, – deyə nazirliyin paylaşımında bildirilib.