Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa parlamentinin ermənipərəst deputatlarının “Le Monde” qəzetində Laçın yolu ilə bağlı çağırışına münasibət bildirib.
TAN.AZ xəbər verir ki, diplomat bununla bağlı “Twitter“də paylaşım edib.
O bildirib ki, Qarabağ, o cümlədən Laçın yolu Azərbaycanın suveren torpağıdır.
Səfir diqqətə çatdırıb ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşları sayılırlar.
Leyla Abdullayeva fransalı parlamentariləri sülh səylərini dəstəkləməyə çağırıb.