Home Gündəm Prezident İlham Əliyev bütün verdiyi sözləri yerinə yetirib

Prezident İlham Əliyev bütün verdiyi sözləri yerinə yetirib

240
0
SHARE

Ölkə başçısı cənab İlham Əliyevin 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi “Prezident İlham Əliyev bütün verdiyi sözləri yerinə yetirib. Siyasi həyatda heç vaxt olmayıb ki, Prezident İlham Əliyev söz verdiyinin arxasında dayanmasın. Verilən bütün sözlər yerinə yetirilib.” Bəli, Prezident İlham Əliyev xalqının maraqlarını layiqincə təmin edən, öz ömrünü ölkəsinə və xalqına həsr edən əvəzolunmaz liderdir. Möhtərəm Prezident öz müsahibəsində xüsusi məqamlara toxunub, Çin və Azərbaycan arasındakı səmimi münasibətlərin sıx bağlılığından söhbət açdı:-Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var.

Azərbaycan və Çin etibarlı əməkdaşlıq edən, güclü münasibətləri olan qüdrətli dövlətləri kimi, beynəlxalq platformalarda da nüfuz sahibidir. Ölkələrimizin həmçinin möhkəm dostluq əlaqələri vardır Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur. Xüsusi olaraq qeyd etməlik ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır. Azərbaycanla Çin arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq ölkələrin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Çinlə Azərbaycanın beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığımız var.Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlar, əldə etdiyi iqtisadi inkişaf və tərəqqi məhz Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində nail olunub. Xüsusilə qeyd etmək lazımdır ki, Birinci Qarabağ müharibəsində möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanin sərkərdəliyi ilə qazanılan şanlı Qələbə ölkəmizin nüfuzunu xeyli artırıb. Azərbaycan birmənalı olaraq beynəlxalq arenda yüksək hörmət və nüfuz sahibidir. Azərbaycan Respublikası müasir beynəlxalq təhlükəsizlik sisteminin dayağı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət kursunu reallaşdırmaqdadır. Deməli, müəyyənləşdirdiyi xarici siyasi kursa uyğun olaraq dünya dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşmaq və onların daxili işlərinə müdaxilə etməmək Azərbaycanın beynəlxalq aləmlə münasibətlərində və qarşılıqlı əlaqələrində əsas prinsiplərdir.

Deputat İlham Məmmədov