Home Gündəm Jalə Əhmədova parlamentdə bölgələrdə işsizliyin aradan qaldırılması məsələsini qaldırıb

Jalə Əhmədova parlamentdə bölgələrdə işsizliyin aradan qaldırılması məsələsini qaldırıb

426
0
SHARE

Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü il 25 yanvar tarixli iclasında çıxış etdim. Çıxışımın əvvəlində ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Prokurorluq orqanları, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə yüksək səviyyədə göstərdikləri elektron xidmətlərə görə öz təşəkkürümü bildirdim. Belə ki, baxılması üçün göndərdiyimiz hər bir vətəndaş müraciətinə diqqət göstərən və yubatmadan cavablandıran, getdikcə vətəndaşların daha çox etibarını və etimadını qazanan  bu dövlət qurumlarında elektron xidmətlərin tətbiqi üzrə görülən işlər ən yüksək səviyyədədir. Daha sonra gündəlikdəki məsələlərlə bağlı fikirlərimi, həmçinin vətəndaş müraciətlərində ən çox qabardılan problemləri diqqətə çatdırdım. 

Bölgələrdə işsizliyin aradan qaldırılması üçün ciddi nəzarət mexanizmi tətbiq olunmaqla özəl və dövlət sektorundakı bütün müəssisə və təşkilatların təklif etdikləri vakansiyaların Məşğulluq Mərkəzlərinə verilməsini, müqavilə əsasında müddətdən artıq xidmət edən (MAXE) qadın hərbi qulluqçuların müqavilələrinə xitam verilərkən yaşın nəzərə alınmasını qeyd etdim. Yəni müqaviləyə xitam verilərkən qadınların işsizliklə üzləşməmələri üçün onların pensiya yaşının nəzərə alınmasının vacibliyini vurğuladım.

O cümlədən MTK-larla bağlı verilən məhkəmə qərarlarının illərlə icra edilməməsi, autizmli uşaqların müalicəsi, sayı getdikcə artan psixoloji mərkəzlərdə psixoloq adı altında çalışan şəxslərin qeyri-peşəkarlığı, turizm sahəsindəki həddindən artıq yüksək qiymətlərin tənzimlənməsi, öhdəliyində azyaşlı və əlil övladları olan tənha anaların üst-üstə düşən məktəb və iş saatları səbəbindən əziyyət çəkməsi və onların iş saatına güzəşt tətbiq edilməsi, autizmli uşaqları olan valideynlərin işlə təminatında onlara üstünlük verilməsi, İnternat və Uşaq evlərində böyüyən kimsəsiz uşaqların sonrakı taleyi və s. məsələləri diqqətə çatdırdım.

Millət vəkili Jalə Əhmədova