Heç bir zaman beynəlxalq hüquq normalarına əməl etməyən, özünü “ İslam ölkəsi” kimi qələmə verib, daim ədalətin üzərindən qələm çəkən molla rejimi!
Elə sizlər uzun illərdir ki, Azərbaycana qarşı həyata keçirdiyiniz riyakar və iyrənc siyasəti bu gündə davam etdirirsiz və bu rəzillik artıq 50 milyonluq Azərbaycan xalqına, həmçinin beynəlxalq ictimaiyyətə də gün kimi aydındır!
Təcavüzkar dövlətə havadarlıq edib, öz xalqına belə zülm verən, insan haqlarını tapdayıb, fitnə-fəsad törədən, absurd moizələrlə haqq-ədalətdən dəm vuran fars rejiminin növbəti çirkin missiyası Azərbaycanın İrandakı səfirliyində həyata keçirilib. Nəticə etibarilə bir nəfər qətlə yetirilimiş və yaralananlar olmuşdur. Demək ki, bu hadisə bir daha onu göstərir ki, İran öz beynəlxalq normalar çərçivəsindəki öhdəliyini layiqincə icra etmir və öz riyakar siyasətini bizə qarşı yenə davam etdirir. İndi biz gözləyirik ki, bu məsələ ədaləti şəkildə (əslində ədalət də molla rejimindən uzaqdır) araşdırılmalı, terrorçu və onu himayə edən qruplaşma ən ağır şəkildə cəzalandırılmalıdır.
Beynəlxalq hüquqa əsasən səfirliyimiz və əməkdaşları toxunulmazlıq hüququna malikdir, eyni zamanda toxunulmazlıq məhz bu hüququ qəbul edən molla rejimi tərəfindən qorunmalı idi. Əfsuslar olsun ki, biz bunun əksini gördük.
Xüsusilə qeyd edim ki, Azərbaycan bu gün iki dövlətlə, təbii ki, onların yaratdığı münasibətlərə adekvat olaraq, humanist, qanunçuluq mövqeyindən çıxış edən bir müəllim missiyasını icra edir. Ermənistan və İran isə etikadan, elmdən kənar, sərsəm qərarlar verən şagird rolunu oynayır. Ancaq müəllimin də bir yerə qədər səbri, eləcə də qanuni normalar vardır. Bu riyakarlar konkret bir qərar verməlidir:- ya riyakar şagirdlər özünü düzgün aparmaqla üzr istəyib normal həyata geri dönəcəklər, ya da ki, Azərbaycanın sarsıdıcı cəza tədbirləri ilə qarşılaşacaqlar!
Millət vəkili İlham Məmmədov