Home Gündəm Azərbaycanla Macarıstan arasındakı münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır

Azərbaycanla Macarıstan arasındakı münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır

49
0
SHARE

Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır. Ölkələrimiz arasında diplomatik münasibətlər 27 aprel 1992-ci ildə qurulmuşdur. Dahi Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik xarici siyasəti nəticəsində dünyanın bir çox dövlətləri ilə olduğu kimi Macarıstanla da sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrimiz yaranmışdır.Bunun nəticəsi olaraq Azərbaycanın Macarıstandakı Səfirliyi 1 sentyabr 2004-cü ildə təsis olunmuşdur. Macarıstanın Azərbaycandakı Səfirliyi isə 12 yanvar 2009-cu ildə təsis olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gəlib. Səfər çərçivəsində cənab Prezidentin Macarıstan prezidenti Katalin Novak ilə geniş tərkibdə və təkbətək görüşü olub. Görüşdə Macarıstanla Azərbaycan arasında qarşılıqlı etimadın olduğu vurğulandı. Macarıstanın Cənubi Qafqaz regionu həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələri yüksək səviyyədə inkişaf edir. Ölkələrimizin ailə dəyərləri mövzusunda da əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir ki, bu xüsusda da beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsi və eləcə də digər sferalarda da yeni əməkdaşlıq platformasının yaradılması hesab edirəm ki, münasibətlərimizin inkişafına güclü təkan verəcəkdir. Macarıstanda təhlis alan azərbaycanlı tələbələrə təhsil təqüdlərinin ayrılması məhz iki ölkənin gənclər siyasəti sahəsində əməkdaşlığına böyük töhfə verir. Cənab Prezidentin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü keçirilib və rəsmilər mətbuata bəyanatlarla çıxış ediblər. Ölkəmizin başçısı xüsusi məqamlaraq toxunaraq qeyd etdi ki, Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır. Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var.Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Biz bu barədə də müzakirələr apardıq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.

Xüsusilə qeyd ediləcək məsələlərdən biri isə Baş nazir Viktor Orbanın bəyanatında Prezident İlham Əliyev haqqında səsləndirdiyi səmimi fikirlər idi. mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib. Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm.

Bəli, bu möhtəşəm fikirlər tarixi faktlara və bugünkü reallıqlara əsaslanır. Həqiqətən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqının və ölkəsinin maraqları naminə fasiləsiz və misilsiz xidmətlər göstərən böyük strateq, əvəzolunmaz Lider və müdrik siyasi xadimdir!