Home Gündəm Millət vəkilləri və icra başçısı Naftalanda AFFA-nın tədbirində

Millət vəkilləri və icra başçısı Naftalanda AFFA-nın tədbirində

255
0
SHARE

AFFA-nın, Naftalan Şəhər  İcra Hakimiyyətinin və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Naftalan şəhərində keçirilib.

TAN.AZ xəbər verir ki, tədbirdə millət vəkilləri AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Arzu Nağıyev, Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov iştirak edib.

Millət vəkilləri və icra başçısı layihənin uğurla həyata keçirildiyini və minlərlə uşaq və yeniyetmələrin cəlb olunduğunu, “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinə əsasən tədbirlərin keçirilməsinin Naftalanda da idmanın inkişafına və kütləviliyinə təkan verəcəyini qeyd ediblər.

Layihə çərçivəsində tədbirdə iştirak edən 40 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Görüşün sonunda gənc futbolçular və məşqçilərlə birgə simvolik oyun keçirilib.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və idmana maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.