Home Gündəm “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şəmkirdə

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şəmkirdə

530
0
SHARE

04 mart 2023-cü il tarixində AFFA-nın, Şəmkir Rayon İcra Hakimiyyətinin, Uşaq Gənclər Futbol Federasiyasının və Yelo Bank-ın birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Şəmkir rayonunun Əliyaqublu kəndində keçirilib. Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Arzu Nağıyev, Sabir Hacıyev və Milli Məclis Sədrinin köməkçisi Aqşin Hümbətov iştirak ermişdir. Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.