Home Gündəm “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Gədəbəydə

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Gədəbəydə

561
0
SHARE

09 mart 2023-cü il tarixində AFFA-nın, Gədəbəy Rayon İcra Hakimiyyətinin , Uşaq Gənclər Futbol Federasiyasının və Yelo Bank- ın birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Gədəbəy rayonununda keçirilib. Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisə Gədəbəy rayonundan seçilmiş deputat Arzu Nağıyev iştirak ermişdir. Bu tədbir eyni zamanda Gədəbəy rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilən silsilə tədbirlərdən biri kimi yaddaşlarda qalacaqdır. Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.