Home Gündəm Nazir Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini ABŞ-ın Qafqaz üzrə baş müşavirinin diqqətinə çatdırıb

Nazir Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini ABŞ-ın Qafqaz üzrə baş müşavirinin diqqətinə çatdırıb

136
0
SHARE

Xarici işlər naziri Ceyhun Bayramov Üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mütəmadi hərbi təxribatlarını davam etdirdiyini ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun diqqətinə çatdırıb.

TAN.AZ xəbər verir ki, nazir eyni zamanda, erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.