Home Gündəm X Qlobal Bakı Forumu çərçivəsində Yaxın Şərqdə sülh və stabillik mövzusunda panel...

X Qlobal Bakı Forumu çərçivəsində Yaxın Şərqdə sülh və stabillik mövzusunda panel müzakirəsi olub

107
0
SHARE

Qlobal ictimaiyyət Yaxın Şərqdəki böhranlara da bərabər diqqət verməlidir.

TAN.AZ xəbər verir ki, bu barədə X Qlobal Balı Forumu çəçivəsində keçirilən “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışında” mövzusunda panel müzakirəsində Tədqiqat və İslam Araşdırmaları üzrə Kral Faysal Mərkəzinin idarə heyətinin direktoru Şahzadə əlahəzrət Turki əl-Faysal əl-Səud deyib.

O deyib ki, bu gün dünya Ukraynada vəziyyətə fokuslanıb, çünki böhran indi baş verir, ancaq Yaxın Şərqdə böhranlar üzün müddətdir davam edir: “Bu böhranlar da bərabər diqqət tələb edir.”

O, çıxışında Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İranın saziş imzalamasını vurğulayaraq deyib ki, bu hal göstərib ki, mürəkkəb məsələlərin də həllini tapmaq olar.

Panel müzakirəsində çıxış edən Ərəb Liqasının keçmiş sədri, Misirin sabiq xarici işlər naziri Əmir Musa deyib ki, regiondakı bütün münaqişələrin bitməsi onların da marağındadır: “Biz Yaxın Şərqi nüvə silahından və digər dağıdıcı silahlardan azad olan bir region kimi görmək istəyirik.

Ancaq nüvə silahı məsələsində yalnız İran barədə deyil, İsrail barədə də danışmalıyıq. Əgər bir ölkə nüvə silahına sahib olmağa çalışırsa, ona təzyiq göstərmək və artıq nüvə silahına sahib olan ölkəyə təzyiq göstərməmək mənə məntiqsiz gəlir”.

O çıxışında Fələstin məsələsinə də toxunub: “İordan çayının qərb sahili, Qəzza və Yerusəlimin işğalı bu məsələnin həllinə imkan vermir. İsrail müstəqil dövlət kimi tanınmalı olduğu kimi İordan çayının qərb sahilinin, Qəzzanın hərbi işğalına son qoyulmalıdır. Biz müharibə barədə danışmırıq, biz sülhə necə nail olmaq barədə danışırıq”.

Əmir Musa vurğulayıb ki, sülh, tərəflərin bir- birinin hüquqlarını tanımasına əsaslanır: “Ancaq insanlar qətlə yetirilir, evlərindən çıxarılırsa sülhə necə nail olmaq olar?!”

O, çıxışında Səudiyyə Ərəbistanı və İran arasında diplomatik əlaqələrlə bağlı imzalanan sənədlə bağlı deyib ki, tərəflər arasında bu razılaşma öz müsbət təsirini Yəməndə, regionda və Ərəb ölkələrində göstərə bilər.

Paneldə çıxış edən Əkmələddin İhsanoğlu deyib ki, Yaxın Şərq xalqları eyni dəyərləri bölüşdüyü kimi, həm də çətinlikləri, problemləri, pessimizmi bölüşür. Bu region iqtisadi böhranlardan, qeyri stabillikdən, toqquşmalardan əziyyət çəkir.

Onun sözlərinə görə, əgər bu regionun xalqları hazırkı böhrandan çıxmaq yolları barədə düşünməsə, bunun üçün birlikdə çalışmasa nəticə də olmayacaq: “Regiondakı qonşuların sülh içində yaşaması o demək deyil ki, bu qonşu ölkələr bir birini sevir, bu o deməkdir ki onlar sadəcə bir-birinə tolerantlıq göstərə, sülh içində birgə yaşaya bilir”.