Home Gündəm Azərbaycan qarşısındakı hədəflərə uğurla addımlayır!

Azərbaycan qarşısındakı hədəflərə uğurla addımlayır!

264
0
SHARE

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. Bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan xarici siyasəti bənzərsiz və qüsursuzdur. 2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq böyük tarixi uğura imza atmışdır. Ölkəmizin 26 illik müstəqilliyi dövründə bu cür böyük nailiyyətin əldə edilməsi Azərbaycan dövlətinin başçısı tərəfindən həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci ölkədir. Bu tarixi hadisə onu deməyə əsas verir ki, Azərbaycan dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunmuş, regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktyorlarından birinə çevrilmişdir. Dünyada iqtisadi və siyasi böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycan tarixi köklərindən qaynaqlanan və həyat tərzinə çevrilmiş multikulturalizm ideyalarını ortaya qoyaraq bu siyasətin alternativinin olmadığını əyani şəkildə sübuta yetirmiş, dünyada sülhün və təhlükəsizliyin qarantına çevrilmişdir.


Dunyada inkişaf etmiş ən güclü dövlətlərdən biri məhz Almaniyadır. Azərbaycan Almaniya münasibətləri bugün hərtərəfli şəkildə böyük inkişaf xəttindədir. Azərbaycan Prezidentinin bir neçə gün əvvəl Almaniyaya səfəri və ölkə rəhbərlərinin bəyanatla çıxışları əlaqələrimizin yüksək səviyyədə olmasından xəbər verir. Eyni zamanda Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Qarabağın Azərbaycan torpağı olması faktını qəbul edir. Cari ilin martın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər.
Möhtərəm Prezident öz çıxışında bir daha vurğulayıb ki, Azərbaycan daim verdiyi sözün icrasını təmin edir və ölkəmiz etibarlı tərəfdaşdır. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.
Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. 2021-ci ildə əgər Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm təqribən, 12 milyard kubmetrə çatacaq. Bu, bizim ümumi ixracatımızın yarısı deməkdir, gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istərdik. Bu isə təbii ki, onu göstərir ki, sadəcə Almaniya deyil bütün dünya dövlətləri məhz öz vədlərinə zamanında əməl etdiyi və daim sülh prinsiplərinə əsaslandığı üçün Azərbaycanı dost və ən etibarlı tərəfdaş ölkə kimi tanıyır və qəbul edir.


Möhtərəm Prezidentimizin apardığı düzgün və məqsədyönlü siyasəti ilə Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir.