Home Gündəm Jalə Əhmədova: “Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin...

Jalə Əhmədova: “Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyi kimi, Ermənistan da Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir”

164
0
SHARE

Prezident İlham Əliyev bir neçə gün əvvəl martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış etdi.

Çıxışında bir sıra aktual məsələlərə toxunan, o cümlədən qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları barədə danışan ölkə başçısı qeyd etdi ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub.  Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduğunu deyən Prezident İlham Əliyev bir daha vurğuladı ki, 44 günlük müharibə dövründə də bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəldi.

2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi isə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir.  Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmlidir.

Prezident İlham Əliyev çıxışında belə bir inam ifadə etdi ki, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir.

Cənab Prezident çıxışında Ermənistanın 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimizi, tarixi və dini abidələrimizi, qəbiristanlıqları məqsədli şəkildə dağıtması, təbii sərvətlərimizi talaması, ətraf mühitə ciddi zərər vurulması, Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımızın itkin düşməsi, işgəncələrə məruz qalaraq qətlə yetirilməsi, Ermənistanın işğalına görə Azərbaycanın dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasında olması, Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlərin hələ də qalması, 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmaması, Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozması, həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınması, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı genişmiqyaslı yenidənqurma işləri, “Böyük Qayıdış” proqramının icrası və bir sıra digər mühüm məsələlərdən danışdı.

Prezident İlham Əliyev həmçinin, işğaldan azad edilmiş ərazilərimizin bərpa olunmasına türk dünyasının dəstəyini də vurğulayaraq, yenidənqurma prosesində Türkiyə şirkətlərinin podratçı kimi iştirakı,Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunmasını qardaşlıq jesti kimi dəyərləndirdi.

Ölkə başçısı tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsinin Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olduğunu, 1991-ci ilə qədər bütün azərbaycanlıların indiki Ermənistan ərazisindən zorla qovulduğunu diqqətə çatdırdı.

Cənab Prezident qeyd etdi ki, Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir.

Prezident İlham Əliyev çıxışında onu da diqqətə çatdırdı ki, Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.