Home Gündəm Azərbaycan XİN: Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir

Azərbaycan XİN: Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir

130
0
SHARE

Azərbaycanlılar Ermənistanın basdırdığı minalar nəticəsində ölməkdə və şikəst olmaqda davam edir.

TAN.AZ-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in Tvitter hesabında bildirilib.

Qeyd edilib ki, bu gün bir hərbi qulluqçu minanın partlaması nəticəsində həlak olub. 2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatınıı itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir.