Home Gündəm XİN: Azərbaycanın adekvat tədbirləri hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub

XİN: Azərbaycanın adekvat tədbirləri hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub

141
0
SHARE

İslam həmrəyliyi dindən siyasi məqsədlər üçün istifadəni, müsəlman qonşuların daxili işlərinə müdaxiləni istisna edir, eyni zamanda digər müsəlman ölkənin ərazilərinin hərbi işğalına dəstəyi ehtiva etmir.

TAN.AZ xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İranın Azərbaycandakı səfirliyinin əməkdaşlarının persona non grata elan edilməsi ilə bağlı İran Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli iddialarına dair şərhində yer alıb.

Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan öz qonşuları ilə münasibətləri daim qarşılılıq prinsipi əsasında qurub bu münasibətlərin pozulmasında heç zaman maraqlı olmayıb:

“Azərbaycan tərəfindən görülən adekvat tədbirlər hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub”.