Home Gündəm Nikol Paşinyan Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını etiraf edib

Nikol Paşinyan Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını etiraf edib

127
0
SHARE

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 12-də hökumət üzvləri qarşısında çıxışı zamanı maraqlı bəyanat verib.

TAN.AZ Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, N.Paşinyan ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını etiraf edib.

O deyib ki, Madrid prinsiplərinə görə, Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.

N.Paşinyan qeyd edib ki, 2007-ci ildə Ermənistanda hakimiyyətin ötürülməsi zamanı Serj Sarkisyan baş nazir, Robert Köçəryanın isə prezident olduğu dövrdə ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququnu vurğulayan Madrid Prinsipləri meydana çıxıb. Müəyyən edilib ki, Dağlıq Qarabağın statusu Azərbaycan tərəfindən də razılaşdırılmalı olan mexanizmlə tənzimlənməlidir. Madrid Prinsiplərində deyilir ki, Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanla razılıq əldə edilməlidir.

N.Paşinyan deyib: “Bizdə olan etibarlı məlumatlara görə, bu prinsiplərin müəllifi erməni tərəfi olub”.

Ermənistanın baş naziri hakimiyyətə gələrkən 2018-ci ildə bu barədə ictimaiyyətə izahat verməmələrini özlərinin ən böyük səhvi adlandırıb.