Home Gündəm Prezident: Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri sülh şəraitində yaşayırlar

Prezident: Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri sülh şəraitində yaşayırlar

115
0
SHARE

“Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar”.

TAN.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrikində deyilir.

“Ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir” – deyə dövlət başçısı qeyd edib.