Home Gündəm XİN Beynəlxalq Olimpiya Komitəsini İrəvanda Azərbaycan bayrağının yandırılmağı ilə bağlı insidenti pisləməyə...

XİN Beynəlxalq Olimpiya Komitəsini İrəvanda Azərbaycan bayrağının yandırılmağı ilə bağlı insidenti pisləməyə çağırıb

137
0
SHARE

Xarici İşlər Nazirliyi İrəvanda Azərbaycan bayrağının yandırılması ilə əlaqədar təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsi ilə bağlı çağırış edib.

Bu barədə XİN-dən bildirilib.

“Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq” – deyə məlumatda qeyd edilib.