Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri, İstanbulda “TEKNOFEST” festivalında çıxışı bu ölkənin mediasının diqqət mərkəzindədir.
TAN.AZ xəbər verir ki, bir çox kütləvi informasiya vasitələri – “Yeni Şafak”, “Sabah”, “Hürriyet” “Akşam”, “Milliyet” qəzetləri o cümlədən Anadolu, “Euronews” xəbər agentliyi Prezident İlham Əliyevin çıxışı barədə yazılar dərc ediblər.
Dövlət başçısından sitatlarda “Türkiyə regionumuzda sülhün, sabitliyin, təhlükəsizliyin təminatçısıdır” “Kızılelma tezliklə Azərbaycan səmasında olacaq” kimi başlıqlar yer alıb.
“Milliyet” qəzetindəki “Bu bizə əlavə gec verir” başlığı ilə yazılan xəbərdə dövlət başçısının çıxışından video paylaşılıb.
“A Haber” saytında yazılan məqalədə Prezident İlham Əliyevin Azərbaycanda “Bayraktar” dronlarının istehsal müəssisəsinin yaradılması haqqında fikirləri yer alıb.
Yazılarda diqqət çəkilən məqamlardan biri də Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla tədbirin keçirildiyi məkana Togg avtomobili ilə gəlməsidir.
“Habervakti” saytında dövlət başçısından “Kızılelma havada, Altay ve Togg burada. Bugünkü Türkiyə budur” sitatı yer alıb.
İki il əvvəl Şuşa Bəyannaməsinin imzalanmasında Türkiyə ilə Azərbaycanın rəsmi müttəfiq olduğunu vurğulayan Prezident İlham Əliyev tarixi bəyannamənin Şuşada imzalanmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.