Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb.
TAN.AZ xəbər verir ki, onlar Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
***
12:48
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüş keçirəcək.
TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyası məlumat yayıb.
Bildirilib ki, Hikmət Hacıyev qarşıdakı saatlarda NATO Baş katibinin köməkçisi general David Kattler və müttəfiq ölkələrlə Müavinlər Komitəsi (DPRC) formatında ikitərəfli görüş keçirəcək.