Home Gündəm Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədrini qəbul edib

Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədrini qəbul edib

77
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini qəbul edib.

TAN.AZ xəbər verir ki, dövlət başçısı Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və parlamentlərarası əlaqələr sahəsində səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev Şalva Papuaşvilinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakının əlaqələrimizin genişlənməsi baxımından önəmini qeyd etdi.

Dövlət başçısı özünün Gürcüstana səfərini, Gürcüstanın Baş nazirinin isə Azərbaycana səfərini məmnunluqla xatırladı və bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar çox ətraflı müzakirələrin aparıldığını qeyd etdi.

Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın və Gürcüstanın üzləşdiyi problemlərə toxundu, birgə layihələrin icrasının əhəmiyyətini vurğuladı. Bu xüsusda ilk layihə kimi Bakı-Supsa neft boru kəmərinin reallaşdırıldığını diqqətə çatdırdı və bundan sonra digər layihələrin də uğurla həyata keçirildiyini dedi.

Bu gün ölkələrimizin bu layihələrin icrası sayəsində enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları vurğulandı. Həmçinin Orta Dəhliz vasitəsilə nəqliyyat imkanlarının artırılmasında Azərbaycanla Gürcüstanın əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyi qeyd olundu.

Şalva Papuaşvili Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdən şərəf hissi keçirdiklərini bildirdi. Qonaq Ümummilli Liderin Azərbaycanın hərtərəfli inkişafındakı rolunu vurğulayaraq, eyni zamanda, məhz onun rəhbərliyi ilə strateji layihələrin həyata keçirildiyini qeyd etdi. Gürcüstan parlamentinin sədri vurğuladı ki, vaxtilə Ulu Öndərin atdığı müdrik addımlar Azərbaycanın gələcəyi üçün böyük önəm daşıyır. O, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması işində şəxsən Azərbaycan Prezidentinin roluna görə minnətdarlığını bildirdi.

Qonaq ölkələrimizin həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxundu. Bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Qara dənizin dibi ilə elektrik xəttinin çəkilişi layihəsini, həmçinin Azərbaycanla olan tərəfdaşlarla birlikdə Qara dənizin dibi ilə sualtı fiber-optik kabel xətti kimi irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd etdi.

Şalva Papuaşvili Azərbaycanın və xalqımızın Gürcüstan üçün çətin dövrlərdə ölkəsinin ərazi bütövlüyünü dəstəklədiyini yüksək qiymətləndirdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

14:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini qəbul edib.

TAN.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.