Home Gündəm Ceyhun Bayramov Britaniyanın dövlət nazirini sülh gündəliyi ilə bağlı məlumatlandırıb

Ceyhun Bayramov Britaniyanın dövlət nazirini sülh gündəliyi ilə bağlı məlumatlandırıb

91
0
SHARE

Xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükəsi ilə mübarizə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandırıb.

Bu barədə XİN-dən bildirilib.

“Nazir bu xüsusda Böyük Britaniyanın mina təhdidinə qarşı mübarizə istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirib”, – məlumatda deyilir.

Qeyd edək ki, mayın 17-də xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşü çərçivəsində Böyük Britaniyanın Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya və BMT üzrə dövlət naziri Tariq Mahmud Əhməd ilə görüşüb.