Home Gündəm Ceyhun Bayramov: Azərbaycan bölgədə sülhün və sabitliyin bərqərar edilməsində maraqlıdır

Ceyhun Bayramov: Azərbaycan bölgədə sülhün və sabitliyin bərqərar edilməsində maraqlıdır

120
0
SHARE

Azərbaycan Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülhün və sabitliyin bərqərar edilməsində maraqlıdır.

TAN.AZ xəbər verir ki, bu barədə mayın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

Sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayan Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.