Home Gündəm Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Litvanın keçmiş Prezidenti Valdas...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Litvanın keçmiş Prezidenti Valdas Adamkusa başsağlığı veriblər

74
0
SHARE

Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Litva Respublikasının keçmiş Prezidenti Zati-aliləri cənab Valdas Adamkusa başsağlığı məktubu ünvanlayıblar.

TAN.AZ xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri,

Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik”.